Bank Of Baku

Krımın azərbaycanlı icması 77-ci atıcı diviziya haqqında verilişə görə “Krım” Dövlət Teleradio Şirkətinə xüsusi mükafat təqdim edib

Krımın azərbaycanlı icması 77-ci atıcı diviziya haqqında verilişə görə “Krım” Dövlət Teleradio Şirkətinə xüsusi mükafat təqdim edib
# 01 iyun 2010 14:20 (UTC +04:00)
Krım-APA. Krımda Qələbənin 65 illiyinin ən yaxşı işıqlandırılmasına həsr olunan müsabiqə başa çatıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müsabiqə Jurnalistlərə Dəstək Komitəsi və Krım Haqqında İnformasiya Respublika Komitəsi tərəfindən təşkil olunub. Jurnalistlərə Dəstək Komitəsinin sədri Rəhim Hümmətovun sözlərinə görə, Krımın Azərbaycanlı İcması İctimai Birliyi yarımadanın faşist işğalından azad edilməsində önəmli rol oynamış Azərbaycanın 77-ci atıcı diviziyası haqqında verilişə görə “Krım” Dövlət Teleradio Şirkətinə və Qələbənin yubileyini işıqlandırmağa yaradıcı yanaşmaya görə Qara dəniz teleşirkətinə xüsusi mükafatlar təqdim edib. Rəsmi şəxslər, parlament üzvləri və jurnalistlərin iştirak etdiyi təntənəli mərasimdə mükafatları sahiblərinə Krımın Azərbaycan İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Meydan Şamilov təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR