Avropa Birliyi ölkələrinin parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması qərara alınıb - FOTO
tədbir Komitənin, Azərbaycanın Latviyadakı səfirliyinin, Estoniya Parlamenti və Azərbaycan-Estoniya Parlament dostluq qrupunun, həmçinin “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi, Estoniya, Latviya, Litva Parlamentlərindəki Azərbaycanla dostluq qruplarının üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, Qeyri Hökumət Təşkilatlarının, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. Toplantıda əsasən AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilib.
Konfransı Estoniya Parlamentinin vitse-spikeri Keit Pentus açıb. Estoniya Parlamentinin azərbaycanlı deputatı, buradakı Estoniya-Azərbaycan Dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev deyib ki, Baltikyanı ölkələrin və Azərbaycan parlamentləri arasında əlaqələrin normal olmasına baxmayaraq, perspektivli əməkdaşlıq sahəsində bəzi maneələr var. Belə ki, parlamentlərarası işçi və dostluq qruplarının üzvlərinin seçildikləri dövrdə gördüyü işlər və reallaşdırılan layihələr sona çatmır, yəni parlamentlər qalır, amma deputat korpusu dəyişilir və bununla da ardıcıllıq pozulur. Bu maneəni aradan qaldırmaq üçün daimi fəaliyyət göstərən bir qurumun yaradılması məqsədəuyğun olardı.
Deputatın sözlərinə görə, Azərbaycanla Baltikyanı ölkələrin çoxsahəli əməkdaşlığını, eləcə də Azərbaycanın Avropaya inteqrasiyasında Baltikyanı dövlətlərin daimi dəstək verdiyini nəzərə alaraq Estoniya dövlət qurumları belə bir qurumun yaradılması məsələsini müzakirə edilib və Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb.
Qeyd edək ki, konfransda Latviya parlamentinin deputatı, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun üzvü Oskars Kastens, Estoniya deputatı, Avropa Birliyi İşləri üzrə komissiyanın üzvü, Avropa Şurası Parlament Assambleyasında Estoniya nümayəndə heyətinin üzvü Mailis Reps, Litva parlamentinin nümayəndəsi, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədr müavini Arturas Melianas moderatorluq ediblər.
Estoniya parlamentinin Xarici İşlər üzrə Komissiyasının sədri müavini Enn Eesmaa çıxışında Avropa Parlamentinin qəbul etdiyi qərarı bir daha gündəmə gətirərək “Ermənistan ordusu işğal olunmuş Dağlıq Qarabağın ərazisindən və ətraf rayonlardan çıxarılsın” deyib. Bu məsələyə Baltik Assambleyasında Estoniya parlament qrupunun sədri Trivimi Velliste, Eston parlamentinin Avropa Birliyi ilə İşlər üzrə komissiyasının üzvü Mart Nutt, həmin komissiyanın sədr müavini Ester Tuikso, Estoniya Xarici İşlər Nazirliyi siyası şöbəsinin müdiri Clyde Kull da öz çıxışlarında toxunub, fikirlərini bölüşüblər.
Daha bir estoniyalı millət vəkili Vladimir Velman çıxışında Baltik Assambleyasının GUAM ölkələri ilə sıx əməkdaşlığını vacib saydığını bildirib.
Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin “Azərbaycanın həyatına Avropa kriteriyalarını daxil etmək vacibdir” fikrini toplantı iştirakçılara çatdırıb. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə danışan deputat problemin bu günədək çözülməməsinin həm Azərbaycanın, həm də regionun sürətli inkişafına törətdiyi maneələrdən danışıb.
Konfransın ikinci hissəsində Azərbaycan Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə toplantı iştirakçılarına məlumat verib.
Latviyalı deputat, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədri Oleg Denisov da Azərbaycanın Avropaya inteqrasiyası haqqında fikirlərini bölüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov həm Azərbaycanın Avropaya inteqrasiyasına, həm də yeni yaradılan AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının işinə diaspor təşkilatlarının verə biləcəyi töhfələrdən danışıb və bunun üçün diasporumuzun parlamentlərlə, həmçinin QHT-lərlə əməkdaşlığını vacib sayıb. Bu fikrə Azərbaycan Qeyri Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni də dəstək verib.
Mövzu ilə bağlı “Litva-Azərbaycan” Assosiasiyasının sədr müavini, Litva Mədəniyyət Nazirliyinin nəzdindəki Milli İcmalar Şurasının sədr müavini İmantas Melianas, Avropa Azərbaycanlıları Konqresinin üzvləri Roman Əliyev və Niyazi Hacıyev də çıxış ediblər. Tədbiri yekunlaşdıran Estoniya Parlamentinin vitse-spikeri Jüri Ratas konfransın əhəmiyyətini vurğulayıb və yeni yaradılan məşvərət şurasına uğurlar arzu edib. O əmin olduğunu deyib ki, məşvərət şurası səmərəli fəaliyyət göstərən daimi orqan kimi parlamentlərarası əməkdaşlığa real töhfələr verəcək.
Qeyd edək ki, AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasına ilk olaraq Azərbaycan və Baltikyanı ölkələr daxildir. Gələcəkdə digər Avropa ölkələrinin də bu quruma qatılması nəzərdə tutulur.
Tədbir çərçivəsində həmçinin Baltikyanı dövlətlərin və Azərbaycanın QHT forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunub. Yaxın vaxtlarda bununla bağlı memorandum imzalanacaq.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb