Bank Of Baku

Krımın azərbaycanlı icması Ali Radaya təklif verib

Krımın azərbaycanlı icması Ali Radaya təklif verib
# 03 iyun 2010 10:39 (UTC +04:00)
Krım-APA. “Krımın Azərbaycan İcması” ictimai birliyi bir daha Krım Muxtar Respublikasının Ali Radaya müraciət edərək 26 fevral tarixinin Xocalı qurbanlarının xatirəsinin anım günü elan edilməsini istəyib. Bu barədə APA-ya birliyin sədri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, təkrar müraciətdə Ali Radanın sədri Konstantinovun bu təklifə rədd cavabı verməsinin təəssüf doğurduğu öz əksini tapıb. Xatırladaq ki, Krım Muxtar Respublikasının Ali Radası 2005-ci il mayın 19-da 24 aprel tarixini “Erməni xalqının faciəsinin qurbanlarının xatirəsinin anım günü” elan edib və bu qərarı qəbul edərkən Krım Konstitusiyasına əsaslanıb. Müraciətdə qeyd olunur ki, son beş ildə Ali Radanın səlahiyyətlərində dəyişiklik olmadığı halda bu müraciətə rədd cavabı verilməsi anlaşılmazdır: “Ali Rada bir millətin müraciətinin təmin edir, digərinə isə rədd cavabı verir. Ali Rada məsələyə bu cür yanaşma ilə Ukrayna Konstitusiyası və digər beynəlxalq sazişlərlə ölkənin üzərinə götürdüyü insanların, millətlərin bərabər hüquqluğu prinsipini pozmuş olur. İlk müraciət göndərildikdən sonra aparılan araşdırma zamanı məlum olub ki, Krım parlamentinin “erməni soyqırımı” haqqında qərarı Ali Radanın reqlamentinin kobud surətdə pozulması ilə qəbul olunub. Bütün bunları nəzərə alaraq Krımın azərbaycanlı icması Ali Radaya ya 26 fevral tarixinin Xocalı qurbanlarının xatirəsinin anım günü elan edilməsini, yaxud da 24 aprellə bağlı qərarın ləğv olunmasını təklif edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR