Bank Of Baku

İranın Gürcüstana yeni təyin olunan səfiri Marneuliyə səfər edib

İranın Gürcüstana yeni təyin olunan səfiri Marneuliyə səfər edib
# 04 iyun 2010 10:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. İranın Gürcüstana yeni təyin olunmuş səfiri Məcid Sabiri iyunun 4-də Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfir Marneulidə yaşayan müsəlmanların həyatı və fəaliyyəti ilə tanış olub.

Diplomat əvvəlcə “Əhli-Beyt” cəmiyyətində bir qrup din adamı ilə görüşərək bölgədə dinin inkişafı və müsəlmanların problemləri ilə maraqlanıb. Sonra o, Gürcüstan Beynəlxalq Strateji Tədqiqatlar Fondunun Marneulidəki ofisində bir neçə QHT rəhbəri ilə bir araya gəlib. M. Sabiri Gürcüstanın İran və Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini vurğulayaraq ölkədə yaşayan milli azlıqlara diqqətin daha da artdığını söyləyib. O, səfərinin hələlik tanışlıq xarakteri daşıdığını və yenidən bu bölgəyə gələcəyini bildirib.

QHT nümayəndələri ilə görüşdən sonra səfir Marneulidəki məscidlərə baş çəkib və İmam Əli məscidində namaz qılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR