Bank Of Baku

DAK rəhbərliyinin ABŞ və Kanadaya səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib

DAK rəhbərliyinin ABŞ və Kanadaya səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib
# 04 iyun 2010 12:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyinin ABŞ və Kanadaya səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı səfər zamanı Azərbaycanın bu ölkələrdəki səfirliklərinin, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri ilə görüşdüklərini, Nyu-Yorkda Türk Günü Yürüşündə iştirak etdiklərini deyib: “BMT-də görüşlərimiz oldu, İran məsələləri ilə bağlı müzakirələr apardıq. İranda insan haqlarının durumu barədə bir daha narahatlığımızı bildirdik, vəziyyətin get-gedə pisləşdiyini vurğuladıq”.

Kanadada keçirilən görüşlərdən danışan S. Rüstəmxanlı bu ölkə parlamentində hakim partiyanın rəhbər şəxsləri ilə müzakirə apardıqlarını söyləyib: “Biz bu görüşdə də İranda təzyiqlərə məruz qalan soydaşlarımızın məsələsini qaldırdıq. Bundan başqa, Dağlıq Qarabağ məsələsi barədə də müzakirə apardıq, Azərbaycan torpaqlarının işğalının beynəlxalq hüquqa zidd olduğunu qeyd etdik”.

S. Rüstəmxanlı səfərdə DAK-ın digər həmsədri Firudin Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin də iştirak etdiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR