Bank Of Baku

Sevastopolda azərbaycanlı döyüşçülərinin şərəfinə ucaldılmış abidəni dağıdan erməninin məhkəmə işi erməni hakimin icraatına verilib

Sevastopolda azərbaycanlı döyüşçülərinin şərəfinə ucaldılmış abidəni dağıdan erməninin məhkəmə işi erməni hakimin icraatına verilib
# 04 iyun 2010 15:25 (UTC +04:00)
Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O verilən qərarın məhkəmələrin ixtisaslaşması ilə əsaslandırıldığını deyib. Məhkəmədən bildiriblər ki, bundan sonra Buxareva mülki işlərə baxacaq, digər cinayət işləri isə başqa hakimlərin icraatına veriləcək: “Mən hakim Muradyanın yanına gedərək bu işi icraata götürməkdən imtina etməyi təklif etdim. Dedim ki, bu iş siyasi xarakter daşıyır, azərbaycanlılara ucaldılmış abidə dağıdılıb, işə baxan hakim isə ermənidir. Bu səbəbdən çıxarılan istənilən qərar şübhə doğuracaq. Hakim mənim fikirlərim, o cümlədən işin başqa hakimə tapşırılması fikri ilə razılaşdı. Hələlik məhkəmənin rəhbərliyi ilə əlaqə yarada bilməmişik, lakin çalışırıq ki, iş hakim Muradyandan alınıb, başqa hakimin icraatına verilsin”. Qeyd edək ki, ötən ilin oktyabrında Gürcüstan vətəndaşı olan Arakelyan Sevastopolda azərbaycanlı döyüşçülərin xatirəsinə ucaldılmış abidənin dağıdılmasını təşkil edib. Milis abidəni dağıdanları həbs edib. Onlar hazırda istintaq təcridxanasında saxlanırlar. Ukrayna qanunvericiliyinə görə cinayəti törədən şəxsləri maksimum 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR