Bank Of Baku

İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilib

İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilib
# 07 iyun 2010 13:37 (UTC +04:00)
Bakı-APA. Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin (İAK) təsis qurultayı keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, İsveç Krallığında fəaliyyət göstərən bir neçə diaspor təşkilatının bu qurumu yaratmaqdan məqsədi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaq, Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etməkdir. Qurultayda Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Türkiyə və Gürcüstanın bu ölkədəki səfirliklərinin nümayəndələri, İsveç Türk Federasiyasının təmsilçiləri, İsveç Krallığının Milli Azlıqlarla İş üzrə dövlət qurumunun nümayəndəsi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, İsveç Türk Federasiyasının sədri Hesen Dölek, İsveç Milli Azlıqlarla İş üzrə dövlət qurumunun məsul işçisi Janne Holstrom çıxış ediblər.
Qurultayda İsveç Azərbaycanlıları Konqresinin İdarə Heyəti müəyyən edilib və Emil Mirzəyev konqresin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR