Bank Of Baku

Gürcüstanın təhsil naziri orta məktəb müəllimləri ilə görüşüb

Gürcüstanın təhsil naziri orta məktəb müəllimləri ilə görüşüb
# 09 iyun 2010 16:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin paytaxt Tiflis və region məktəblərinin müəllimləri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirin keçirilməsində məqsəd müəllimləri yeni dərs ilinə aid yeniliklərlə tanış etmək, onlara yeni qiymətləndirmə, yeni məktəb jurnallarının yazılışı, yeni fənnlər və digər məsələlər barədə məlumat vermək olub.

Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya açıqlamasında bildirib ki, yeni dərs ilində müxtəlif yeniliklər gözlənilir: “Ən başlıcası odur ki, məktəb direktorları təyinatla olacaq. Məktəblərdə sentyabr ayından hərbi vətənpərvərlik dərsləri keçiləcək. Müəllimlərin dərs saatları ilə təmin olunmasında, qiymətləndirmədə də yenilik var. Hələ bunun nə olduğunu dəqiq bilmirik. Bu barədə sonradan yəqin ki, göstəriş və açıqlama veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR