Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin rəsmi saytı hakerlər tərəfindən dağıdılıb

Dünya Azərbaycanlıları Konqresinin rəsmi saytı hakerlər tərəfindən dağıdılıb
# 12 iyun 2010 08:08 (UTC +04:00)
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresin rəsmi internet saytı olan www.d-a-k.org növbəti dəfə haker hücumuna məruz qalıb. Vebsəhifədə fars dilində və ərəb qrafikalı əski Azərbaycan türkcəsində yazı da yerləşdirilib. “DAK-ın milli hərəkata xəyanəti cavabsız qalmayacaq” başlıqlı yazıda bildirilib ki, “Yaşıl hərəkat” məğlubiyyətə uğramaqdadır. Ancaq DAK başda GünAztv-nin rəhbəri Əhməd Obalı olmaqla milli hərəkatı “yaşıl hərəkat”a sürükləmək istəyir. Bizim başlıca vəzifəmiz DAK-ın saytını dağıtmaqdı. Bundan sonra isə əsas vəzifəmiz GünAztv telekanalının rəsmi saytını sıradan çıxarmaqdır. Yaşasın GAMOH! Yaşasın GAMOH-un gənc əsgərləri!

Məlumatda o da qeyd olunub ki, vebsəhifəyə yerləşdirilən bu yazı iki təşkilat arasında qarşıdurma yaratmaq məqsədi daşıyır: “Əslində fars şovinist rejimi Əhməd Obalının bu internet saytla əlaqəsi olmadığını yaxşı bilir. Bir də mətnin altında GAMOH imzasının qoyulması DAK-ın bu təşkilatla münasibətlərini pozmağa xidmət edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR