Bank Of Baku

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlindəki “Moviemento“ Kino Evinə etiraz məktubu göndərib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlindəki “Moviemento“ Kino Evinə etiraz məktubu göndərib
# 16 iyun 2010 13:33 (UTC +04:00)
Buna səbəb iyunun 3-9-da mühacir erməni rejissoru Don Askaryanın burada nümayiş etdirilən sənədli filmləri arasında “Dağlıq Qarabağ“ (Berg Karabach) adlı iftira və yalan üzərində qurulmuş filminin də olmasıdır”. Bu barədə APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, filmin iştirakçıları olan Qarabağ erməniləri Azərbaycana qarşı böhtançı siyasətlə çıxış edir, faktları saxtalaşdırıblar. Azərbaycanın Almaniyadakı səfirliyinin bu məsələ ilə bağlı təqdim etdiyi məlumatı araşdıran Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi dərhal „Moviemento“ Kino Evinə məktub ünvanlayaraq reallığı və həqiqəti əks etdirməyən belə bir filmin nümayişinə kəskin etirazını bildirib, ermənilərin cinayətkar simasını Xocalı faciəsinə dair faktlarla açıqlayıb. AAKM-in məktubunda Qarabağ həqiqətlərinin azərbaycanlıların dilindən də dinlənilməsi və bu məzmunda çəkilən, Azərbaycanın haqlı mövqeyini əks etdirən filmlərin nümayiş olunması, eyni zamanda kino evinin rəhbərliyi ilə görüşün təşkili tələb edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR