Bank Of Baku

Azad Berlin Universitetində Azərbaycan gecəsi keçirilib

Azad Berlin Universitetində Azərbaycan gecəsi keçirilib
# 16 iyun 2010 13:45 (UTC +04:00)
Bakı-APA. Mayın 14-də Azad Berlin Universitetində (Freie Universitaet Berlin) təhsil alan azərbaycanlı tələbələr bu təhsil ocağının beynəlxalq klubunda Azərbaycan gecəsi keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə universitetin tələbələri Afət Nəbiyeva və Mədinə Yaqubova Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, milli-mənəvi dəyərləri və digər mövzularda ətraflı məlumat veriblər. 4 saat davam edən tədbirde onlarla almaniyalı, azərbaycanlı və əcnəbi tələbələr iştirak ediblər. Gecədə Azərbaycan haqqında sənədli film nümayiş etdirilib, sonra tələbələr respublikamız barədə hazırlanmış məlumatları PowerPiont proqramından istifadə etməklə geniş ekran vasitəsilə qonaqlara təqdim ediblər. Tədbirdə həmçinin Azərbaycana aid sual-cavablardan ibarət oyun da təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR