Bank Of Baku

Kanadanın Ontario əyalət parlamentinin azərbaycanlı deputat Bakıda səfərdədir

Kanadanın Ontario əyalət parlamentinin azərbaycanlı deputat Bakıda səfərdədir
# 17 iyun 2010 09:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Kanadanın Ontario əyalət parlamentinin üzvləri Monte Kvinte və Reza Moridi Bakıda səfərdədirlər. Əslən azərbaycanlı olan R. Moridi APA-ya bildirib ki, Bakıya Milli Məclisin dəvəti ilə gəliblər. “Azərbaycan böyük müstəqil dövlətdir, dünya iqtisadiyyatının və mədəniyyətinin inkişafında çoxlu xidməti var” deyən R. Moridi Azərbaycanın dünya iqtisadiyyatına və sülhə yardım etdiyini vurğulayıb.

O, səfərin məqsədinin Ontario ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi olduğunu bildirib: “Bu məqsədlə Xarici İşlər, İqtisadiyyat, Təhsil nazirliklərində görüşlər keçirmişik”.

Əslən Urmiyə şəhərindən olan R. Moridi 20 ildir, Kanadada yaşayır. Orada yaşayan azərbaycanlılar barədə məlumat verən deputat deyib ki, soydaşlarımızın ümumi sayı 100 min nəfər yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR