Bank Of Baku

Cəlalabaddan evakuasiya olunan Azərbaycan vətəndaşlarından biri bu gün vətənə qayıdacaq

Cəlalabaddan evakuasiya olunan Azərbaycan vətəndaşlarından biri bu gün vətənə qayıdacaq
# 17 iyun 2010 10:03 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov məlumat verib. Onun sözlərinə görə, Qubada qeydiyyatda olan Kərimov Zeynəddin Nurəli oğlu bu gün Bakıya qayıdacaq. Digər iki Azərbaycan vətəndaşının isə sənədlərini hazırlanması prosesi gedir. Proses yekunlaşdıqdan sonra onlar da Azərbaycana geri dönəcəklər.
Xatırladaq ki, Cəlalabadda baş verən toqquşmalar nəticəsində burada təhsil alan 13 azərbaycanlı tələbə evakuasiya olunub. Onlardan 3-ü Azərbaycan, digərləri isə Gürcüstan vətəndaşlarıdır. İlqar Cabbarov qeyd edib ki, 10 azərbaycanlı tələbənin öz vətəninə yola salınması üçün Azərbaycanın Qırğızıstandakı səfirliyi Gürcüstanın Qazaxıstandakı konsulluğu ilə mütəmadi əlaqə saxlayır: “Həmin azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır, buna görə də onların sənədlərini Gürcüstan konsulluğu hazırlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR