Bank Of Baku

Almaniyada “Beynəlxalq tələbə həftəsi“ çərçivəsində “Azərbaycan odlar yurdudur“ proqramı təqdim ediləcək

Almaniyada “Beynəlxalq tələbə həftəsi“ çərçivəsində “Azərbaycan odlar yurdudur“  proqramı  təqdim ediləcək
# 18 iyun 2010 14:01 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Leypsiq şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə iyunun 23-də “Beynəlxalq tələbə həftəsi” çərcivəsində “Azərbaycan odlar yurdudur” adlı proqram təqdim ediləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Proqramda Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici siyasətinə dair məruzələr oxunacaq, sənədli fotolar nümayiş etdiriləcək. Tədbirin Azərbaycanın Avropanın gənc nəsli arasında tanıdılması baxımından önəmli olacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR