Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri eks-spiker Nino Burcanadze ilə görüşüb

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri eks-spiker Nino Burcanadze ilə görüşüb
# 22 iyun 2010 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev “Vahid Gürcüstanın demokratik hərəkatı”nın lideri, eks-spiker Nino Burcanadze ilə görüşüb. GAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki siyasi vəziyyət, azərbaycanlıların mövcud sosial-iqtisadi problemləri, onların ölkənin vətəndaş cəmiyyətinə inteqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

GAK sədri bildirib ki, azərbaycanlılar hər zaman Gürcüstanın mövqeyini, ərazi bütövlüyünü dəstəkləyiblər.

Gürcüstanda milli azlıqlar arasında ölkənin vətəndaş cəmiyyətinə ən zəif inteqrasiya prosesinin azərbaycanlılar arasında getdiyini diqqətə çatdıran Ə. Babayev azərbaycanlıların problemlərinin yalnız ölkədə keçirilən seçkilər zamanı yada düşdüyünü deyib.

“Vahid Gürcüstanın demokratik hərəkatı”nın lideri, eks-spiker Nino Burcanadze Azərbaycan xalqına qarşı həmişə isti və xoş münasibət bəslədiyini bildirib.

N. Burcanadze deyib ki, spiker olduğu dövrdə bir çox azərbaycanlı hökumət strukturlarında yüksək vəzifələrdə təmsil olunub. Eks-spiker azərbaycanlıların hər zaman gürcülərə dayaq olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlılar dinc və zəhmətkeşdirlər.

N. Burcanadze Gürcüstan azərbaycanlılarının işlə təmin olunmaları, təhsil, mədəniyyət sahələrində ciddi problemlərin olduğu barədə məlumatlı olduğunu və azərbaycanlıların mövcud problemləri ilə bağlı ciddi araşdırma aparacaqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR