Bank Of Baku

Gürcüstanın azərbaycanlı kəndlərində aparılan monitorinqin nəticələri açıqlanıb

Gürcüstanın azərbaycanlı kəndlərində aparılan monitorinqin nəticələri açıqlanıb
# 24 iyun 2010 10:03 (UTC +04:00)
Baklı. Ramil Məmmədli – APA. Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) və “Milli azlıqların hüquq müdafiəsi üzrə Monitorinq Qrupu”nun təşəbbüsü ilə bu ölkənin azərbaycanlı kəndlərində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.

GAK-dan APA-ya verilən məlumata görə, monitorinq zamanı kəndlərin məscid, içməli su, suvarma suyu ilə bağlı problemləri öyrənilir.

Bolnisi rayonunun 23 kəndində aparılan monitorinqin ilkin nəticələrinə görə, Gürcüstanın azərbaycanlı kəndlərinin əhalisinin yaşayış şəraiti çox aşağı səviyyədədir. Onlar içməli və suvarma suyunun olmamasından əziyyət çəkir. Kəndlərin adlarının gürcüləşdirilməsi və xaç abidələrinin tikilməsi prosesi də intensivləşib: “Məsələn, Qoçulu kəndi Çavala, Arxlı kəndi Naxeduri, Muğanlı kəndi Farisi, Kolagir kəndi Surtava adlandırılıb”.

Monitorinq zamanı bəlli olub ki, kənd əhalisini narahat edən başlıca problemin Azərbaycan dillində tədris verən məktəblərin bağlanmaq üzrə olmasıdır: “Şagird çatışmazlığının əsas səbəbi odur ki, sosial-iqtisadi vəziyyətin ağırlığından azərbaycanlı ailələr ölkəni tərk edib qazanc dalınca Rusiya, Türkiyə və Azərbaycana gediblər. Həmin ailələr məktəb yaşlı uşaqlarını da özləri ilə aparırlar. Həmçinin məktəblərin vəziyyəti acınacaqlı olduğundan azərbaycanlı şagirdlər gürcü dilli məktəblərdə təhsilə üstünlük verirlər”.

Monitorinq aparılan məlum olub ki, bölgədə 23 kəndin əzəli Azərbaycan adları yerli sakinlərin rəyi olmadan, onlarla məsləhətləşmədən dəyişdirilib. “Kəndlərin Azərbaycan adlarının olduğu lövhələr dağıdılıb. Əhali kəndlərin əzəli dədə-baba adlarının dəyişdirilməsindən çox narahatdırlar və əvvəlki adların qaytarılmasını istəyirlər. Onlar kəndlərin gürcü adlarından yox, əzəli Azərbaycan adlarından istifadə edirlər”.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı kəndlərində aparılan monitorinq 2 ay ərzində tamamlanacaq və nəticələrlə bağlı hesabat hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR