Bank Of Baku

Gürcüstan paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunub

Gürcüstan paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunub
# 26 iyun 2010 13:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə (Gürcüstan) Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 92-ci ildönümünə həsr edilən tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfirliyin müşaviri Şövqi Mehdizadə bildirib ki, tədbirdən öncə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, səfirliyin hərbi attaşesi Elbrus Orucov, səfirliyin əməkdaşları və Gürcüstanın hərbi komandanlığının nümayəndələri, Gürcüstanda akkreditə edilən ölkələrin səfirliklərinin hərbi attaşeləri müasir Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Sonra səfirlik tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə rəsmi qəbul keçirilib. Tədbirdə Azərbaycan Ordusu barədə film nümayiş olunub və E.Orucov tədbir iştirakçılarına müasir Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən və onun indiki hərbi gücü barədə mükəmməl məlumat verib.

Toplantıda Gürcüstan müdafiə nazirinin müavini, baş qərargahın rəis müavini və Gürcüstan hökumətinin digər rəsmi şəxsləri, ölkənin hərbi komandanlığının nümayəndələri, eyni zamanda Yaponiya, Türkiyə, İran, Rumıniya, İraq və digər ölkələrin səfirləri və hərbi attaşelər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR