Bank Of Baku

Soydaşımız yenidən Marneuli bələdiyyəsinin sədri seçilib

Soydaşımız yenidən Marneuli bələdiyyəsinin sədri seçilib
# 30 iyun 2010 13:43 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə bələdiyyəsinin tərkibi yenidən formalaşıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mayın 30-da baş tutan seçkilərdə qələbə qazanan 28 bələdiyyə üzvünün mandatı dairə seçki komissiyasının ilk iclasında təsdiqlənib. Marneuli DSK-nın sədri Koba Asanidzenin sözlərinə görə, rayon bələdiyyəsinə seçkilərdə 18 nəfər majoritar, 10 nəfər isə proporsional sistem üzrə deputat seçilib. İlk iclasında Ayvaz İsmayılov yenidən Marneuli rayon bələdiyyəsinin sədri seçilib. İclasda eyni zamanda bələdiyyə nəzdində fəaliyyət göstərən müxtəlif komissiyaların sədrləri də seçilib. Soydaşlarımızdan Pərviz Zeynalov aqrar, İspan Kərimov hüquq, Tahir Ağayev təhsil və idman komissiyalarının sədri təsdiq olunublar. Deputat Eldar Mustafayev isə “Xalqlar dostluğu” fraksiyasının sədri seçilib. Digər komissiyalara gürcü deputatları rəhbərlik edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR