Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlılar Şimali Kiprdə təhsil alacaqlar

Gürcüstanda yaşayan azərbaycanlılar Şimali Kiprdə təhsil alacaqlar
# 30 iyun 2010 15:30 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda orta məktəbi uğurla başa vuran azərbaycanlı gənclər Şimali Kipr Türk Cümhuriyyətində təhsil alacaqlar. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov bildirib. O, qeyd edib ki, Azərbaycanın Diasporla İş üzrə Komitəsinin Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universiteti ilə bağladığı müqaviləyə əsasən həmin təhsil ocağında Gürcüstanda təhsil alan azərbaycanlı gənclər üçün müxtəlif ixtisaslar üzrə yerlər ayrılıb: “Buraya turizm və otel idarəçiliyi, Avropa Birliyi ilə münasibətlər, maliyyə və bank işi, iqtisadiyyat, idarəetmə, marketinq, siyasət elmləri, beynəlxalq münasibətlər, beynəlxalq menecment, jurnalistika, radio, televiziya və kino bu ixtisaslara daxildir. Buna görə də biz Gürcüstanda yaşayan soydaşlarımıza bildirmişik ki, bu ali məktəbə qəbul ilə əlaqədar bizə müraciət etsinlər. Sənədlər iyulun 1-dən sonunadək Azərbaycanlıların Mədəniyyət Mərkəzinə təqdim olunmalı və onlar müsabiqə yolu ilə komissiya üzvlərinin iştirakı ilə qəbul ediləcəklər. Qeyd edim ki, universitetdə təhsil ingilis dilindədir”.

Qeyd olunub ki, Yaxın Doğu Universiteti 1988-ci ildə yaradılıb. Burada dünyanın 55 ölkəsindən tələbələr təhsil alır. Yaxın Doğu Universiteti Avropa Universitetlər Birliyinin, Beynəlxalq Mühəndislik Təhsili Cəmiyyətinin, İslam Dünyası Universitetlər Federasiyasının üzvüdür. Bu təhsil ocağı şəhərcik formasında fəaliyyət göstərir. Buraya Özəl Yaxın Doğu İlk Okulu və Özəl Yaxın Doğu Kolleci ilə yanaşı institutlar, laboratoriyalar, kompüter və mədəniyyət mərkəzləri, kitabxana, yataqxana kompleksləri, olimpiya şərtlərinə uyğun qapalı üzgüçülük hovuzları, digər idman strukturları daxildir. Şimali Kipr Yaxın Doğu Universiteti tələbələri yataqxana ilə təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR