Bank Of Baku

Diaspora mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

Diaspora mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq
# 05 iyul 2010 10:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə diaspora mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq. Bu məqsədlə iyulun 17-də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə mərasim keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bununla da təşkilatların «Diaspora mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılması» mövzusunda birgə layihəsinə yekun vurulacaq. Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hər il milli mətbuat günü ərəfəsində diaspora mövzusunun işıqlandırılmasına dair müsabiqənin təşkili və qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

Mükafatlandırılmanın həyata keçirilməsi üçün üç qurumun nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb. Qrupun məqsədi 2010-cu ilin əvvəlindən KİV-lərdə diaspora mövzusunda qələmə alınan materialların monitorinqini aparmaqdadır. Toplanmış müvafiq materiallar iyulun 12-dən müsabiqə üzrə yaradılan Münsiflər Heyətinə təqdim olunacaq. Həmin tarixədək müsabiqəyə yazı qəbulu da davam etdirələcək. Yazılar iyulun 12-dək Azərbaycan Mətbuat Şurasına çap və elektron variantda əslləri ilə bilikdə təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR