Bank Of Baku

Nazim İbrahimov: “Ötən dövr ərzində Azərbaycan diasporu inkişaf edib və Azərbaycan həqiqətlərini dünyaya çatdırır”

Nazim İbrahimov: “Ötən dövr ərzində Azərbaycan diasporu inkişaf edib və Azərbaycan həqiqətlərini dünyaya çatdırır”
# 05 iyul 2010 13:09 (UTC +04:00)
APA-nın məlumatına görə, komitənin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, H. Əliyev diasporun önəmli qüvvə olduğunu görərək belə bir dövlət qurumunun yaradılması barədə qərar verib. O hazırda dünyada Azərbaycan diasporunun mütəşəkkil hala gətirildiyini vurğulayıb: “Ötən dövr ərzində Azərbaycan diasporu inkişaf edib və Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Amma təcrübə az olduğu üçün təbii ki, səhvlər, yanlışlıqlar da olur. Amma buna baxmayaraq bu gün Azərbaycan diasporu dünyada tanınmış diasporlardandır. Onlar işğal olunmuş torpaqlarımız, Dağlıq Qaradağ məsələsində Azərbaycanın haqlı olduğunu dünyaya çatdırırlar və bu prosesdə mühüm rol oynayırlar”. N. İbrahimov Azərbaycan diasporunun digər xalqların diasporları ilə əməkdaşlıq etdiyini də vurğulayıb.

Komitə sədri diasporun fəaliyyəti və inkişafı ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu da bildirib: “Bu işlər təkcə vətənpərvər olmaqla bitmir, burada yüksək səviyyəli, iş aparılan ölkənin ab-havasına uyğun fəaliyyət göstərmək lazımdır ki, müəyyən dəyişikliklər olsun. Artıq müxtəlif ölkələrdə bu işlər institutlaşdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR