Bank Of Baku

Azərbaycan millət vəkilləri Osloda Azərbaycan icmasının üzvləri ilə görüşüblər

Azərbaycan millət vəkilləri Osloda Azərbaycan icmasının üzvləri ilə görüşüblər
# 14 iyul 2010 12:58 (UTC +04:00)
Bakı – APA. Norveçin paytaxtı Oslo şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 19-cu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev, Fazil Mustafa və Eldar İbrahimov Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) İdarə Heyətinin üzvləri ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə təşkilatın sədri Ramil Əliyev Azərbaycan icmasının Norveç cəmiyyətindəki mövqeyi və rolundan, eyni zamanda NAYO-nun iki ölkə arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Norveçdə Azərbaycan tarixinin, mədəniyyətinin, ölkənin bölgədə getdikcə artan rolunun tanıdılması, təbliğ olunması ilə bağlı mühüm tədbirlər və elmi layihələr həyata keçirilir.

B. Muradova və millət vəkilləri NAYO kimi fəal təşkilatların Avropada Azərbaycanla bağlı informasiya boşluqlarının doldurulmasında müsbət rolunu qeyd ediblər. Nüməyəndə heyəti xaricdə yaşayan hər bir azərbaycanlıya, eləcə də NAYO-nun üzvlərinə yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmağı məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR