Millət vəkili Qənirə Paşayevanın “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA
APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın millət vəkilləri, ziyalılar, yazıçı və publisistlər, habelə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabı haqqında fikirlərini səsləndirib.
Kitabın müəllifi, millət vəkili Qənirə Paşayeva bu işin “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsinin tərkib hissəsi olduğunu deyib. Bu gün türk dilli xalqların bir-birini daha yaxından tanımasının vacibliyindən danışan Q.Paşayeva bu istiqamətdə ciddi işlərin görüldüyünü qeyd edib: “Türk xalqları bir-birlərini daha yaxından tanımalıdırlar ki, bir-birinə sahib çıxsınlar. Bu məqsədlə də biz bu işə başladıq. Mən hələ jurnalist olduğum dövrlərdə Türkiyədə, həmçinin Quzey Kıprısda olduğum zaman gəzdiyim, gördüyüm yerləri bir kitab halında nəşr etdirməyi qarşıma məqsəd qoymuşdum. İlk olaraq Bursa ilə bağlı bir layihə həyata keçirdik. İkinci Quzey Kıprıs və Kıprıs türkləri ilə bağlı daha bir layihə gerçəkləşdirdik. Yaxın zamanlarda isə Krım türkləri ilə bağlı daha bir layihəni həyata keçirmək niyyətindəyik. Bütün bu layihələri həyata keçirməkdə məqsədimiz Azərbaycan xalqını türk xalqları ilə daha yaxından tanış etməkdən ibarətdir. Hesab edirəm ki, bu kitab Azərbaycan oxucusu üçün müsbət mənada yararlı olacaq”. Q.Paşayeva həmçinin Azərbaycan xalqını, xüsusilə də gəncləri bu kitabla tanış olmağa çağırıb.
Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Zəki Cazioğlu Q.Paşayeva tərəfindən ərsəyə gətirilən “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabının çox əhəmiyyətli olduğunu və bu kitabda zəruri məlumatların yer aldığını qeyd edib: “İnanıram ki, bu kitab xalqlarımızın biri birini daha yaxından tanımasına yardımçı olacaq. Burda çox əhəmiyyətli bilgilər yer alıb. Hətta mən bu kitabdan Quzey Kıprısla bağlı bilmədiklərimi oxudum”. Z.Cazioğlu həmçinin ərsəyə gətirilən “Quzey Kıprıs və Kıprıs Türkləri” kitabının ölkələr arasında turizmin inkişafına da dəstək ola biləcəyini bildirib.
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin müşaviri Q.Paşayevanın türk xalqları, onların tarixi və mədəniyyətinin təbliğində böyük xidmətləri olduğunu qeyd edib. O, bir türk qadınının bu xidmətlərinə xüsusi dəyər verdiklərini, Q.Paşayevaya hər zaman dəstək verməyə hazır olduqlarını bəyan edib.
Daha sonra tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı türk dünyasına uğurlu xidmətlərinə görə millət vəkilinə təşəkkür edib. O, Q.Paşayeva tərəfindən ərsəyə gətirilmiş olan bu kitabda çox böyük siyasi faktların, Kıprıs türklərinin mədəniyyəti və folkloru barədə dolğun məlumatların əks olunduğunu deyib. Quzey Kıprıs mədəniyyətinin Azərbaycan mədəniyyəti ilə oxşar olduğunu qeyd edən V.Mahirqızı bu gün Quzey Kıprıs Türk Cümhuriyyətinin dünyada, eləcə də Azərbaycanda tanıdılmasının zəruri olduğunu bildirib: “Məhz bu baxımdan bu kitabı çox əhəmiyyətli hesab edirəm. Kitabın rus və ingilis dillərində nəşr olunmasını, həmçinin internet səhifəsinin açılmasını vacib sayıram”.
Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz millət vəkili Q.Paşayevanın bu layihəsinin türk xalqlarının birləşməsinə xidmət etdiyini söyləyib: “Qənirə xanım uzun illərdən bəri bu istiqamətdə çox böyük işlər görüb. Biz Qənirə xanımın bu xidmətlərini yüksək dəyərləndirik”. O, türk xalqlarının tarixi və mədəniyyətinin təbliği üçün yorulmadan çalışan Azərbaycanın millət vəkilinə uğurlar diləyib.
Azərbaycan Milli Məclisinin deputatı Həvva Məmmədova isə həmkarının bu layihəsini çox önəmli və uğurlu adlandırıb. Kitabda Kıprıs türklərinin tarixi, onların həyat tərzi və mədəniyyəti barədə geniş məlumatların yer aldığını diqqətə çatdıran millət vəkili bunun Azərbaycan xalqına böyük töhfə olduğunu söyləyib: “İnanıram ki, bu kitab xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da yaxınlaşmasına xidmət edəcək. Türk dünyasının zəngin tarixi və mədəniyyəti var. Biz hər zaman bunu öyrənməli və təbliğ etməliyik”.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Azərbaycandakı nümayəndəsi Gürşad Melik Sarıaslan kitabın Kıprıs türklərinə böyük hədiyyə olacağını qeyd edib: “İyulun 20-si Kıprıs türklərinin bayramıdır. Ona görə də bu kitabın Quzey Kıprıs Türk Cümhuriyyətində də təqdimatı olacaq”.
Mərasimə qatılan digər millət vəkilləri, ziyalılar və yazıçı publisistlər Q.Paşayevanı bu uğurlu layihə münasibətilə təbrik ediblər.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb