Bank Of Baku

Kutaisidə bir qrup azərbaycanlı Jvaniya adına Dövlət İdarəçilik Məktəbində təkmilləşdirmə kursu keçirlər

Kutaisidə bir qrup azərbaycanlı Jvaniya adına Dövlət İdarəçilik Məktəbində təkmilləşdirmə kursu keçirlər
# 20 iyul 2010 07:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanda dövlətin idarə olunmasında milli azlıqların da iştirak etməsini vacib hesab edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə fikirlərini prezident Mixail Saakaşvili Kutaisi şəhərində fəaliyyət göstərən Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin təmirdən sonra açılışı zamanı deyib. Xatırladaq ki, Gürcüstan prezidenti burada həmin məktəbin ilk buraxılış məzunlarından olan bir qrup azərbaycanlı gənclə də görüşüb. Prezident hazırda Marneuli, Bolnisi və Qardabanidə müxtəlif dövlət strukturlarında çalışan bu gəncləri məktəbdə yenidən təkmilləşdirmə kursu keçməyə dəvət edib. Görüşdə o, Gürcüstanda Konstitusiya modelinin yaradılacağını bildirib. “Mənim fikrimcə ən vacib olan yeni islahatlara başlamaqdır. 2013-cü ildən sonra bizim ölkədə siyasət daha da inkişaf edəcək. Əlbəttə yeni liderlər meydana çıxacaq, yeni prezident seçiləcək və maksimum sayda hökumət nümayəndələri olacaq”.

Mixail Saakaşvilinin tövsiyələrini nəzərə alan Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin görüşdə iştirak edən azərbaycanlı gəncləri - Ayaz Məmmədov, Rahil Fətullayev, Ramilə Allahyarova, Vüqar Məmmədov, Ramin Əsədov, Eldar Mustafayev və başqalarını nazirliyə dəvət edib, şəxsən söhbət etdikdən sonra, onları Kutaisi şəhərində fəaliyyət göstərən Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin təkmilləşdirmə kursuna göndərib. APA-nın məlumatına görə, hazırda məktəbdə təkmilləşdirmə kursu keçən azərbaycanlı gənclər bu ayın sonunda kursu uğurla başa vuracaqlar. Gənclərin APA-ya verdikləri məlumata görə, onlar ingilis və gürcü dillərini öyrənirlər. Məktəb rəhbərliyi azərbaycanlı gənclərə bildirib ki, kurs bununla bitməyəcək. Onlar üç aydan sonra yenidən təkmilləşdirmə kursunda oxuyacaqlar.

Qeyd edək ki, məktəbdə azərbaycanlılarla birlikdə digər azlıqların nümayəndələri də təkmilləşdirmə kursu keçirlər.

Kvemo-Kartli bölgə qubernatoru Hüseyn Yusifov APA-ya verdiyi açıqlamasında bildirib ki, təkmilləşdirmə kursu keçən bu gənclər gələcəkdə müvafiq təşkilatlarda yüksək vəzifələrdə çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR