Bank Of Baku

Qırğızıstanda həbsdə olan azərbaycanlı Vüqar Xəlilovun şirkəti üzərindən həbs götürülüb

Qırğızıstanda həbsdə olan azərbaycanlı Vüqar Xəlilovun şirkəti üzərindən həbs götürülüb
# 31 iyul 2010 09:07 (UTC +04:00)
V. Xəlilovun qardaşı Azər Xəlilovun APA-ya verdiyi məlumata görə, şirkət bundan sonra Nizamnaməsinə uyğun fəaliyyətini davam etdirə biləcək.

V. Xəlilovun işi ilə bağlı məhkəmə araşdırması isə onun xəstəliyi ilə əlaqədar dayandırılıb. Məhkəmə V. Xəlilovun səhhətindəki problemlər aradan qalxandan sonra davam etdiriləcək.

Bununla belə, o, hələ də həbsxanadadır.

A. Xəlilov qardaşı ilə bağlı baş verənlərdə daha aktiv iştirak etmək üçün artıq Böyük Britaniyanın baş naziri Devid Kemeron və xarici işlər naziri Uilyam Heyqə müraciət etdiyini də deyib.

Qeyd edək ki, “Flexi Communications” piar şirkəti Qırğızıstan və digər Orta Asiya ölkələrində korporativ-maliyyə kommunikasiyaları, marketinq, veb-dizayn və müxtəlif tədbirlərin keçirilməsi sahəsində yerli və xarici şirkətlərə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR