Bank Of Baku

Marneulidə Gürcüstan Strateji Tədqiqatlar Fondunun iclası keçirilib – FOTO

Marneulidə Gürcüstan Strateji Tədqiqatlar Fondunun iclası keçirilib – <font color=red>FOTO</font>
# 07 avqust 2010 11:54 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Avqustun 6-da Marneuli şəhərində Gürcüstan Strateji Tədqiqatlar Fondunun iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə gənc azərbaycanlı analitiklər tərəfindən hazırlanan məruzələrin təqdimatı olub.

Bəxtiyar Zeynalov “Gürcüstan-Ermənistan sərhədlərin Kvemo-Kartli regionunda delimitasiyası: Siyasi, humanitar və məişət aspektləri”, Zemfira Əzizbəyova “Kvemo-Kartlidə etnik azlıqların emiqrasiyanın azaldılması”, Rəna Nurməmmədova “Marneulidə pasport sənədlərində texniki səhvlərin düzəldilməsi və nöqsanlar barədə”, Sevinc Qasımova “Marneuli şəhərində sanitar-epidemiya xidmətinin işinin gücləndirilməsi”, Leyla Məmmədova “Gürcüstanda azlıqda yaşayanlarla siyasi əlaqələrin möhkəmləndirilməsi”, Zaur Darğallı “Marneuli rayonunda azərbaycanlıların informasiya ilə təmin olunmaması problemlərinin həll edilməsi yolları” mövzusunda məruzə ediblər.

Sonra məruzələr ətrafında sual-cavab formasında müzakirə keçirilib. Tədbirin sonunda gənc analitiklərə sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR