Bank Of Baku

Borçalıdan köç çoxalıb

Borçalıdan köç çoxalıb
# 07 avqust 2010 15:56 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsindən digər ölkələrə köç artıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Beynəlxalq Strateji Tədqiqatlar Fondunun Marneulidə keçirilən tədbirində bildirilib.

Analitik Zemfira Əzizbəyova deyib ki, Borçalıda yaşayan əhali Azərbaycana, Ukraynaya, Türkiyəyə və digər ölkələrə üz tutur: “Gəncləri dövlət strukturlarında işə qəbul etmirlər. Eyni zamanda əhali torpaqsızlıq ucbatından iş dalınca digər ölkələrə gedir. Marneulidə torpaqları ələ keçirən bəzi varlı gürcülər yerli əhaliyə torpağı çox baha qiymətə icarəyə verirlər. Bu isə torpağı becərib məhsul istehsal edərək Tiflis və Rustavi bazarlarına çıxaran azərbaycanlılara sərf eləmir”.

Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Nazirliyinin müşaviri Zaira Musayeva da bu faktları təsdiqləyib: “1996-cı ildə Gürcüstanda qəbul olunan “Torpaqların icarəyə verilməsi haqqında” qanunda bir çox çatışmazlıqlar və yanlışlıqlar üzündən Gürcüstanda yaşayan soydaşlarımız torpaq sahələri əldə edə bilmədilər. Bu səbəbdən bəzi ailələr həyat səviyyəsinin yüksək olduğu ölkələrə üz tuturlar. Biz etnik azlıqlarla bağlı beşillik proqram hazırlamışıq. Burada gənclərin gürcü ali məktəblərinə qəbulu asanlaşdırılıb. Onlar 60 bal topladıqdan və bir il dövlət dilini öyrəndikdən sonra gürcü ali məktəblərində istədikləri ixtisasları seçərək ali təhsil alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR