Bank Of Baku

Marneulidə Yaponiyanın maliyyə dəstəyi ilə təmir edilən məktəbin açılışı olub - FOTO

Marneulidə Yaponiyanın maliyyə dəstəyi ilə təmir edilən məktəbin açılışı olub - <font color=red>FOTO</font>
# 12 avqust 2010 12:01 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Marneuli rayonunun Axlı-Lələ kənd orta məktəbinin təmirdən sonra açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məktəbin təmiri Yaponiyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Yaponiya səfiri Masayoşi Kamoxara, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, onun etnik azlıqlar üzrə müavini Yelena Tevdoradze, həmin nazirliyin Kvemo-Kartli üzrə müşaviri Savalan Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra başçısı Zaza Dekonoidze və digər rəsmi şəxslər iştirak edib. T. Yakobaşvili, M. Kamoxara, D. Kirkitadze, eləcə də müəllimlər və rayon ziyalıları çıxış edərək bildiriblər ki, artıq Axlı-Lələ kənd məktəbi müasir standartlara cavab verən bir məktəbdir. Səfir deyib ki, bu, həm də Yaponiya səfirliyinin Ramazan bayramı münasibətilə azərbaycanlılara hədiyyəsidir.

Məktəbdə yeni tədris ilində 117 şagird təhsil alacaq və onların təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olacaq. Yaponiya səfirliyi tərəfindən həyata keçirilən layihənin dəyəri 74 min 893 ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR