Bank Of Baku

Gürcüstan azərbaycanlıları prezident Mixail Saakaşvilinin milli azlıqlar üzrə müşavirinin istefasını tələb edirlər

Gürcüstan azərbaycanlıları prezident Mixail Saakaşvilinin milli azlıqlar üzrə müşavirinin istefasını tələb edirlər
# 17 avqust 2010 16:09 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresindən (GAK) APA-ya verilən məlumata görə, V. Bayburt müsahibəsində azərbaycanlıların yaşadığı Kvemo-Kartli (Borçalı) bölgəsində separatizmin mövcudluğu barədə fikir səsləndirib. Gürcüstan azərbaycanlılarının təmsil olunduğu bir sıra ictimai təşkilatlar M. Saakaşviliyə V. Bayburtun istefası tələbi ilə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

“Sizin milli azlıqların məsələləri üzrə müşaviriniz Van Bayburt “Axalı taoba” qəzetinin 12 avqust 2010-cu il tarixli sayına müsahibəsində faktiki olaraq azərbaycanlılara qarşı kampaniyaya başlayıb və insanları milli zəmində qarşıdurmaya sövq edən ifadələrə yol verib. Hesab edirik ki, Kvemo Kartlidə separatizmin mövcudluğu barədə bəyanatlar əsassızdır və provokasiyadır. Belə bir bəyanatın Gürcüstanın dövlət məmuru tərəfindən verilməsi çox yanlış və yolverilməzdir. Van Bayburt Gürcüstan prezidentinin müşaviri olduğundan əhali onun sözlərini prezidentin mövqeyi kimi qəbul edir. Gürcüstanın azərbaycanlı vətəndaşları bu durumdan çox narahatdır”.

Müraciət müəllifləri Azərbaycan xalqının heç vaxt separatizm tərəfdarı olmadığını, həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və daim dəstəkləyəcəyini xatırladıblar: “Buna gürcü xalqının özü də şahid olub. Gürcüstan dövlətinin hər çətin anında yerli azərbaycanlılar bütün varlıqları ilə vətənləri Gürcüstana dayaq olublar. Ən son hadisələri - 2008-ci ilin avqust ayında baş verən müharibəni yada salsaq, Gürcüstanın ərazi bütövlüyünün azərbaycanlılar üçün nə dərəcədə önəmli olduğunu aydınca şəkildə görmək olar”.

Müraciət müəllifləri hesab edirlər ki, milli münaqişə yaratmaq istəyən şəxslərin Gürcüstan hakimiyyətində yeri yoxdur: “Sizdən xahiş edirik ki, ictimaiyyət qarşısında etibarını itirən, Gürcüstan dövlətinin maraqlarına və siyasi mövqeyinə zidd hərəkət edən şəxsi vəzifəsindən azad edəsiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR