Bank Of Baku

“Ankara Azərbaycan Evi”nin təqdimatı olub

“Ankara Azərbaycan Evi”nin təqdimatı olub
# 23 avqust 2010 10:03 (UTC +04:00)
Bakı-APA. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə Ankarada yeni diaspor təşkilatı – “Ankara Azərbaycan Evi”nin təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni təşkilata Ərdoğan Çeçen rəhbərlik edəcək. Təqdimat mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan bildiriblər ki, qardaş ölkədə fəaliyyət göstərən bütün dərnəklər fəaliyyətini birləşdirməli və əlaqələndirməlidirlər. Onlar bildiriblər ki, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, azərbaycanlıların soyqırımı günü və digər mühüm tədbirlərin Azərbaycanın və Türkiyənin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində keçirilməsi də diaspor təşkilatlarımızın diqqət mərkəzində olmalıdır.
TADEF-in təşəbbüsü ilə daha bir təşkilat - “Əskişəhir Azərbaycan Evi”nin də təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR