Bank Of Baku

Los-Ancelesdə Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTO

Los-Ancelesdə Azərbaycan mədəniyyət gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 24 avqust 2010 14:57 (UTC +04:00)
Bakı-APA. Kaliforniyanın Sidars-Sinay tibb mərkəzində Azərbaycana həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Yaxın Şərqdən olan həkimlərin birləşdirən mədəniyyət cəmiyyətinin rəhbəri doktor Nurulla Parxami iştirakçıları Azərbaycan musiqisinin zəngin ənənələri ilə tanış edib. O çıxışda Azərbaycan tarının təkamülü və regionun mədəniyyətinə qarşılıqlı təsiri barədə danışıb. Tədbirdə Ramiz Quliyevin ifasından parçalar, “Arşın mal alan” filmindən fraqmentlər, “Qarabağ şikəstəsi” konsertinin lent yazıları nümayiş olunub. Sankt-Peterburq Mariinsk Teatrının solisti, soydaşımız Timur Abdikeyevin canlı ifa etdiyi “Sarı gəlin” mahnısı alqışlarla qarşılanıb. Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Avrasiya regionunda dinamik inkişaf barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR