Bank Of Baku

Ankarada Azərbaycan gecəsi keçiriləcək

Ankarada Azərbaycan gecəsi keçiriləcək
# 25 avqust 2010 12:53 (UTC +04:00)
Bakı-APA. Avqustun 28-də Ankarada Azərbaycan gecəsi keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. II Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiörən Bələdiyyəsidir. Dərnəkdən Diasporla İş üzrə Dövlət Komitəsinə verilən xəbərə görə, Azərbaycan gecəsində Keçiörən Bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, DİDK-nin təmsilçisi Elnar Məmmədov çıxış edəcəklər. Gecənin bədii hissəsinə Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti daxildir.
Qeyd edək ki, Azərbaycan gecəsinin davamı olaraq avqustun 26-31-də festivalın keçirildiyi məkanda böyük Azərbaycan Guşəsi açılacaq. Burada bütün festival iştirakçıları və şəhər sakinləri Azərbaycan haqqında ətraflı bilgilərlə tanış ediləcək, onlara broşürlər, CD-lər və ölkəmizin təbliği ilə bağlı digər əyani vasitələr paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR