Bank Of Baku

Gürcüstanda 100 nəfərdən az şagirdi olan kiçik məktəblər böyük məktəblərə birləşdirilir

Gürcüstanda 100 nəfərdən az şagirdi olan kiçik məktəblər böyük məktəblərə birləşdirilir
# 25 avqust 2010 15:23 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Elm və Təhsil Nazirliyinin qərarına əsasən 100 nəfərdən az şagirdi olan kiçik məktəblər onlara yaxın olan böyük məktəblərə birləşdirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq bu qərarın yerlərdə həyata keçirilməsinə başlanıb. Qərar təkcə etnik azlıqların məktəblərinə deyil, gürcü məktəblərinə də aiddir.

Bir neçə gündür ki, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun az şagirdi olan məktəblərində bununla əlaqədar həyəcan yaşanmaqdadır. Marneuli İcra Hakimiyyəti başçısının müavini Heydər Musayev APA-ya açıqlamasında bildirib ki, bu birləşmə məktəbdə çalışan müəllimlərin iş şəraitinə heç bir təsir göstərməyəcək: “Sadəcə olaraq kiçik məktəblərin maliyyə imkanları zəif olduğundan və orada oxuyan şagirdlərinin sayı 100 nəfərdən az olduğundan bu məktəbləri 3 km yaxınlıqda yerləşən orta məktəblərə birləşdirirlər. Kiçik məktəblərin direktorları iri məktəblərdə direktor müavini vəzifəsində çalışacaq. Müəllimlər isə dərs saatlarını yenə olduğu kimi tədris edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR