Bank Of Baku

Ankarada Azərbaycan gecəsi keçirilib - FOTO

Ankarada Azərbaycan gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 30 avqust 2010 12:58 (UTC +04:00)
Bakı-APA. Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi “Sərhədləri aşan qardaşlıq” devizi altında təşkil edilən II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov çıxış ediblər. Məlumata görə, tədbirin bədii hissəsində nümayiş etdirilən Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti ankaralıların alqışları ilə qarşılanıb.
Tədbir iştirakçıları festival meydanında açılan Azərbaycan guşəsi ilə də tanış olublar. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR