Bank Of Baku

Ankarada açılan “Azərbaycan guşəsi” daha iki gün fəaliyyət göstərəcək - FOTO

Ankarada açılan “Azərbaycan guşəsi” daha iki gün fəaliyyət göstərəcək - <font color=red>FOTO </font>
# 31 avqust 2010 14:31 (UTC +04:00)
Bakı-APA. Ankaranın Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi “Sərhədləri aşan qardaşlıq” devizi altında təşkil edilən II Beynəlxalq Ramazan festivalının keçirildiyi məkanda açılan “Azərbaycan guşəsi” daha iki gün - sentyabrın 2-dək fəaliyyət göstərəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə guşənin 26-31 avqustda açıq olacağı planlaşdırılsa da, həm bələdiyyə rəhbərliyinin, həm də tədbir iştirakçılarının böyük marağını, eləcə də guşədə Azərbaycan haqqında ətraflı bilgi toplamağa gələnlərin sayının çoxluğunu nəzərə alan Türkiyə-Azərbaycan Dərnəyi (TAD) qərara alıb ki, guşə festivala qatılanlara, şəhər sakinlərinə daha iki gün açıq olsun. TAD-ın Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanıb. Qonaqlar Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə nailiyyətlərindən bəhs edən filmə də tamaşa ediblər. Ankarada yeni yaradılan Türkiyə-Azərbaycan Dərnəyinin ilk böyük tədbiri olan Azərbaycan gecəsi və Azərbaycan guşəsinin açılmasını Türkiyənin digər şəhərlərində yaşayan soydaşlarımız təqdir ediblər və TAD sədri Sinan Oğandan xahiş ediblər ki, bu cür tədbirlər başqa bölgələrdə də keçirilsin.
Qeyd edək ki, Azərbaycan guşəsinin açılışında çıxış edən Keçiörən bələdiyyəsinin başçısı Mustafa Ak rəhbərlik etdiyi yerli özünüidarə qurumunun Azərbaycandakı analoji strukturlarla əlaqəsi olduğunu bildirib və “Azərbaycanda qardaş bələdiyyələrimiz var” deyib. O xüsusilə qeyd edib ki, Keçiörən bələdiyyəsinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə tikilib və bu abidə üzərində Azərbaycan bayrağı dalğalanır.
Ankarada belə bir abidənin olmasının əhəmiyyətini vurğulayan Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan əlavə edib ki, Türkiyədəki Azərbaycan türkləri Keçiörən bələdiyyəsinin ərazisində ölkəmizlə bağlı yeni parkların açılmasını da gözləyirlər.

Sinan Oğan bələdiyyə başçısına Azərbaycan gecəsinin keçirilməsi və Azərbaycan gusənin açılmasına yer ayırdığı üçün təşəkkür edib. Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov da öz çıxışlarında bildirillər ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaşlıq tellərini gündən-günə gücləndirən xalqlarımız ortaq mədəniyyətə malikdir.
E. Məmmədov komitənin Türkiyə ilə, o cümlədən Keçiörən bələdiyyəsi ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR