Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Konqresi ölkənin təhsil nazirinə müraciət edəcək

Gürcüstan Azərbaycanlıları Konqresi ölkənin təhsil nazirinə müraciət edəcək
# 02 sentyabr 2010 11:24 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkənin təhsil müəssisələrində 2010-2011-ci dərs ilindən etibarən müsəlman dini bayramları ilə əlaqədar tətillərin tətbiq olunmasını məqsədəuyğun hesab edir. GAK-dan APA-ya verilən məlumata görə, yeni dərs ilindən başlayaraq Gürcüstanın təhsil müəssisələrində həftəlik pasxa tətilləri tətbiq olunacaq.
GAK sədri Əli Babayev hesab edir ki, Gürcüstanın Elm və Təhsil Nazirliyi təhsil müəssisələrində pasxa tətillərini tətbiq edərkən ölkədə yaşayan 700-800 müsəlmanı da nəzərə almalı idi: “Biz bu məsələyə aydınlıq gətirilməsi üçün elm və təhsil naziri Dmitri Şaşkinə müraciət edəcəyik. GAK pravoslav bayramlarına hörmətlə yanaşır, lakin hesab edir ki, pasxa tətillərinin tətbiq olunması ilə bağlı qərar qəbul olunarkən müsəlman əhalinin də hüquqları nəzərə alınmalı idi”.
Qeyd edək ki, Gürcüstanda sentyabrın 15-də başlayacaq yeni dərs ili 2 semestrə bölünüb ki, onlar arasındakı tətillə yanaşı, məktəblilərə həftəlik pasxa tətili də veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR