Bank Of Baku

Amerikanın türk və Azərbaycan diasporları Bostonda “Erməni soyqırımı” abidəsinin ucaldılmasına etiraz edirlər

Amerikanın türk və Azərbaycan diasporları Bostonda “Erməni soyqırımı” abidəsinin ucaldılmasına etiraz edirlər
# 07 sentyabr 2010 08:33 (UTC +04:00)
Hər iki diasporun nümayəndələri APA-nın Vaşinqton müxbirinə bildiriblər ki, Bostonun mərkəzində qondarma “erməni soyqırımı”nın qurbanlarına qoyulan abidənin açılışı sentyabrın 9-da olacaq. Mərasimdə Ermənistan rəsmiləri və bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcəklər. 12 üzlü prizma şəklində hazırlanan abidənin hər bir tərəfində Türkiyənin “erməni şəhəri” kimi təqdim olunan şəhərlərinin adı həkk olunub.

Türk və Azərbaycan diasporları bu hadisəyə qarşı etiraz aksiyaları keçirdiklərini, şəhər və ştatın hakim dairələrinə müraciət etdiklərini bildiriblər. Azərbaycan diasporunun nümayəndəsi Səid Qasımov bildirib ki, etiraz aksiyaları davam edəcək: “Biz Boston və Massaçusets administrasiyası ilə, senatorlarla və Vaşinqtondakı mərkəzi hakimiyyətin nümayəndələri ilə görüşlər təyin etmişik. Bu hadisəyə son qoyulmalıdır, bu, qəbuledilməzdir. Ermənilər minlərlə azərbaycanlını öldürüblər, amma həmişə cəzasız qalıblar, amma indi saxta bir hadisəyə görə abidə ucaldırlar”.

Türk diasporunun nümayəndəsi Mehmet Artuk ermənilərin həyasızlıq etdiyini deyib: “Erməni diasporu bu cür aksiyalar keçirə bilməz, biz buna etiraz edəcəyik. Niyə onlar bu qondarma abidənin üzərində bizim şəhərlərin adını yazıblar? Bu, həyasızlıqdır. Ermənilər “soyqırımı” muzeyi də açmaq niyyətindədir. Bütün bu addımlar millətlərimiz arasında son sülh cəhdlərini də öldürür”.

Türk diasporunun digər nümayəndəsi İbrahim Şükür bildirib ki, bu yaxınlarda Massaçusets hökuməti “erməni soyqırımı” məsələsinin tarix dərsliklərindən çıxarılmasını qadağan edib: “Bu, onu göstərir ki, bu ştatın hökuməti qeyri-obyektiv mövqe tutub. Biz bunu hökumətin diqqətinə çatdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR