Bank Of Baku

DAK-ın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib

DAK-ın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib
# 13 sentyabr 2010 07:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya DAK-ın mətbuat xidmətindən məlumat verilib. Qurultayın dekabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 11 dekabr Dünya İnsan Haqları Günü və 12 dekabr 21 Azər Hərəkatına (1945-ci il Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət qurulub) təsadüf etdiyindən Qurultayın məhz həmin ərəfədə keçirilməsi və həmin günlərlə bağlı tədbirlərin düzənlənməsi də nəzərdə tutulub.

Eyni zamanda iclasda Güney Azərbaycanda həbsə alınmış milli fəallarla bağlı xarici ölkələrdə və Azərbaycanda tədbirlərin keçirilməsi qərara alınıb. Bundan əlavə, yığıncaqda DAK Daimi Şurasının sədri, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Əjdər Tağızadə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sözçüsü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR