Bank Of Baku

Türkiyədə azərbaycanlı alimin rəhbərliyi altında Qara dəniz və Xəzər hövzəsi Araşdırmaları İnstitutu yaradılacaq

Türkiyədə azərbaycanlı alimin rəhbərliyi altında Qara dəniz və Xəzər  hövzəsi  Araşdırmaları İnstitutu yaradılacaq
# 13 sentyabr 2010 07:17 (UTC +04:00)
Artıq universitetin fənn-ədəbiyyat fakültəsinin dekanı, azərbaycanlı professor Aygün Attarın rəhbərliyi ilə bu mərkəzin yaradılması istiqamətində hazırlıqlara start verilib. Professor Aygün Attarın rəhbərlik etdiyi Beynəlxalq Qara dəniz simpoziumunun Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, bu təşkilat 2 ildə 3 beynəlxalq konfrans keçirib. Bu konfranslarda Qara dənizə qonşu olan ölkələrdən başqa, Azərbaycan və ABŞ-dan da alimlər iştirak ediblər. ABŞ-ın Harvard Universiteti ilə əlaqələri gücləndirən beynəlxalq simpoziumun təşkilat komitəsi universitetin Qara dəniz təhlükəsizlik proqramının rəhbərliyi ilə müştərək toplantılar keçirməyə hazırlaşır. Harvard Universiteti sentyabrın sonunda keçiriləcək toplantıya Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlunu da dəvət edib.

Bu yaxınlarda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına bağlı Strateji Araşdırmalar İnstitutunda “Xocalı soyqırımı: səbəbləri, nəticələri, fikir infrastrukturu” adlı doktorluq dissertasiyası müdafiə edilib. Elmi işin müəllifi Dərya Özkaraman, elmi rəhbəri isə professor Aygün Attardır.

Xatırladaq ki, bir neçə ay əvvəl Giresun Universiteti rektorluğuna keçirilən seçkilərdə soydaşımız üçüncü yeri tutub və onun adı rektorluğa digər iki namizədlə birlikdə Ali Təhsil Qurumuna təqdim edilib. Qurum namizədlər arasından professor Aygün Attarın adını birinci sıraya yerləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR