Gürcüstanlı soydaşlarımız Şimali Kipr Türk Cümhuriyyətində pulsuz təhsil alacaqlar
Məlumata görə, müsabiqədən 20 nəfər gənc soydaşımız uğurla keçib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov müsabiqədən keçən gəncləri təbrik edib, onlara uğurlar arzulayıb və tələbələri maraqlandıran suallara cavab verib. Komitə rəsmisi gənc soydaşlarımıza ingilis dilini, eyni zamanda gürcü dilini mükəmməl öyrənməyi, hazır kadr kimi vətənə dönməyi və Gürcüstanın müvafiq dövlət və hökumət strukturlarında səmərəli fəaliyyət göstərməyi arzulayıb: “Bu, Azərbaycan dövlətinin gənc azərbaycanlı soydaşlarımıza qayğısının təzahürüdür. Məqsədimiz odur ki, Gürcüstanda azərbaycanlı soydaşlarımız hakimiyyət strukturlarında çalışsın, bu ölkənin layiqli vətəndaşları kimi öz millətini müxtəlif sahələrdə təmsil etsin”.
AMM-in rəhbəri Fazil Həsənov APA-ya açıqlamasında bildirib ki, Kiprin Yaxın Doğu Universitetinə qəbul olunan tələbələr sentyabrın 15-də bu ölkənin paytaxtı Lefkoşaya yola düşəcəklər: “Bu layihə Azərbaycan dövlətinin təklifi ilə həyata keçir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Yaxın Doğu Universiteti ilə imzaladığı protokol əsasında Gürcüstanın müxtəlif bölgələrindən seçilən gənclərimiz oraya beş il müddətinə ali təhsil almağa göndərilir. Gənclərimiz hazırlıqlıdır. Biz onları universitetin şərtlərinə uyğun komissiyanın üzvlərinin iştirakı ilə seçdik. Bu, ilk addımdır. Yaxın Doğu Universiteti tələbələri güzəştli şərtlərlə qəbul edib. Tələbələr Azərbaycan dövlətinin və Yaxın Doğu Universitetinin köməkliyi ilə təhsil haqqından tam azad edilir və pulsuz yataqxana ilə təmin olunacaqlar. Tələbələr Kiprdə ingilis dilində bir il hazırlıq kursu keçəcəklər. Bu, artıq Gürcüstanda yaşayan azərbaycanlı gənclərin xariclə əlaqəsinin möhkəmləndirilməsi deməkdir. Biz universitet rəhbərliyini Gürcüstana dəvət etməyi planlaşdırırıq. Gələcəkdə bu təhsil ocağında 10 nəfər gürcü gəncinin təhsil alması planlaşdırılır. Bu, çox yaxşı fikirdir. Gələcəkdə onlar azərbaycanlı tələbələrlə dostluq şəraitində təhsil alıb, vətənə dönəndən sonra birlikdə müxtəlif idarə və təşkilatlarda çalışacaqlar. Bütün bunlar üçün biz Azərbaycan dövlətinə təşəkkür edirik. Ümid edirik ki, bu layihə gələcəkdə də davam edəcək və azərbaycanlı gənclər həmişə düşünəcəklər ki, onların arxasında duran Azərbaycan xalqı və dövləti var”.
Qeyd edək ki, Yaxın Doğu Universitetində 55 ölkədən 18.000 tələbə təhsil alır. Bu universitet Letkoşada yüksək səviyyəli təhsil imkanları və yüksək ixtisaslı müəllim kollektivi ilə fəaliyyət göstərən ali təhsil ocağıdır. Yaxın Doğu Universiteti Türkiyənin Yüksək Öyrətim Qurumunun (YÖK), Avropa Universitetlər Birliyinin (EUA), UNESCO nəzdindəki Dünya Universitetlər Birliyinin (İAU), Beynəlxalq Mühəndislik Təhsili Təşkilatının (İGİP), Beynəlxalq Seçkin Tibbi Akreditasiya Qurumunun (JCİ) və İslam Dünyası Universitetlər Federasiyasının (FUİW) tamhüquqlu üzvüdür.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb