Bank Of Baku

Marneulidə “Qurani-Kərim”in yandırılması ilə əlaqədar etiraz aksiyası keçirilib – FOTOSESSİYA

Marneulidə “Qurani-Kərim”in yandırılması ilə əlaqədar etiraz aksiyası keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 14 sentyabr 2010 13:59 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində “Əhli-Beyt” Cəmiyyətinin və İmam Əli Məscidinin təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Amerikada müqəddəs “Quran” kitabının təhqir edilməsi və yandırılması ilə bağlı xəbərlər Gürcüstanda yaşayan azərbaycanlılar arasında ciddi narazılıq və narahatlıq doğurub. Həm azərbaycanlıların, həm də gürcülərin qatıldığı etiraz aksiyasının iştirakçıları Marneuli şəhərində fəaliyyət göstərən “Əhli-Beyt” Cəmiyyətinin ofisinin qarşısına toplaşaraq İmam Əli Məscidinə qədər yürüş ediblər.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məşədi Əli Əliyev, Türkiyə vətəndaşı, Marneulidəki Kosalı kəndində fəaliyyət göstərən dini mədrəsənin müdiri Emin Şəkərçi, “Əhli-Beyt” Cəmiyyətinin təbliğat şöbəsinin müdiri Elçin Daşdanov və başqaları çıxış edərək məlum hadisəni pisləyiblər. Çıxış edənlər “Quran” ayələrindən misallar gətirərək qeyd ediblər ki, müsəlmanların müqəddəs kitabında Həzrəti İsa və Həzrəti Məryəmin də adı dəfələrlə ehtiramla çəkilib.

Etiraz aksiyasında “Terrorçuluğun dini olmaz!”, “Quran terrorçu yetişdirməz!”, “Quran savaşa deyil, barışa, sülhə çağırır!” şüarları səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR