Bank Of Baku

Almaniyanın Köln şəhərində Azərbaycan diaspor nümayəndələri ilə görüş olub

Almaniyanın Köln şəhərində Azərbaycan diaspor nümayəndələri ilə görüş olub
# 15 sentyabr 2010 13:54 (UTC +04:00)
Bakı-APA. Kölndə Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ölkənin Şimali Rayn-Vestfallen əyalətinin Köln, Bonn, Düsseldorf şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşü AAKM və Köln şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan Cəmiyyəti (VAC) birgə təşkil edib. Tədbiri açan VAC sədri Elxan Kərimov Şimali Rayn-Vestfallen əyalətindəki Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov diplomatik korpusun bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan icması ilə əməkdaşlığından danışıb və bu əməkdaşlığı daha da inkişaf etdirməyin önəmli vəzifələrdən biri olduğunu bildirib. Sonra çıxış edən AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova isə qurumun fəaliyyətindən bəhs edib. O deyib ki, belə görüşlərin keçirilməsi vacib və əhəmiyyətlidir. Bu cür tədbirlər Azərbaycanın reallıqlarının və uğurlarının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətin strategiya və taktikasının qurulmasına kömək edir və qarşılıqlı fəaliyyəti daha da gücləndirir. Azərbaycan səfirliyinin konsulu Elşad Məcidov görüşə toplaşanları maraqlandıran suallara cavab verib. Şimali Rayn-Vestfallen əyalətindəki diaspor nümayəndələri belə bir görüşün təşkili üçün təşəkkürlərini bildirib, Azərbaycanın Almaniyadakı səfirliyinin soydaşlarımıza göstərdiyi qayğını yüksək qiymətləndiriblər. Görüşdə gələcək birgə layihələr, planlar haqqında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR