Bank Of Baku

Gürcüstanın Bolnisi rayonundakı orta məktəbdə 16 müəllim və 6 texniki işçi işdən azad olunub

Gürcüstanın Bolnisi rayonundakı orta məktəbdə 16 müəllim və 6 texniki işçi işdən azad olunub
# 15 sentyabr 2010 16:34 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun Arxılı kənd orta məktəbinin 22 nəfər müəllim və texniki işçisi işdən azad olunub. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib. Kənd müəllimləri və valideynlər APA-nın əməkdaşına onlara qarşı haqsızlıq edildiyini bildiriblər.
Direktor İya Svanidze APA-ya 16 müəllimin işdən çıxarıldığını təsdiqləyib və qeyd edib ki, məktəbdə dərs saatları azdır: “Mən bu saatları müəllimlər arasında bölmüşəm. Daha mənim vakant yerim yoxdur. Yeni müəllim işə qəbul etməmişik. Biz onları yaş həddi ilə azad etməmişik. Bizdə pensiyaçı da işləyir. Hansı fənn üzrə saat çatmırsa, biz onları tədris edən müəllimləri azad etdik”.

Müəllimlər APA-nın əməkdaşına iyulun 1-dən məzuniyyətə çıxdıqlarını bildirdilər. İşdən azad olunan müəllimlərdən Güllü Kazımova, Xalidə Cəlilova, Məlahət Budaqova, Sənəm İdrisova, Maya İbrahimova bildirdilər ki, onlar iyulun 1-dən 44 günlük məzuniyyətə çıxıblar: “Həmin gündən bizim xəbərimiz olmadan işdən azad olunmağımız barədə əmr yazılıb. Avqustda bizi çağırdılar ki, gəlin, ərizə yazın, sizi işdən çıxarıblar. Biz bilmirik, işləmək istəyən adam nə üçün ərizə yazıb, işdən çıxmalıdır? Biz qocalmamışıq, əldən düşməmişik. Məzuniyyət haqqımızdan bizə kompensasiya ödənildiyini də dedilər. Bu, qanun pozuntusudur. Məzuniyyət haqqından nə vaxtdan kompensasiya ödənilir? İndi məktəbdə pensiyaçı gürcü müəllimləri işləyirlər. Onların arasında 75, hətta 80 yaşı olanlar var. Bolnisi rayon təhsil resursları mərkəzinə də iki dəfə müraciət etmişik, lakin bizə cavab verən olmayıb. Azərbaycan səfirliyində də olduq. İndi Gürcüstanın Ombudsmanına müraciət etmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR