Bank Of Baku

Gürcüstan parlamentində “Beynəlxalq Demokratiya Günü” münasibətilə milli azlıqların sərgisi keçirilib

Gürcüstan parlamentində “Beynəlxalq Demokratiya Günü” münasibətilə milli azlıqların sərgisi keçirilib
# 16 sentyabr 2010 13:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlament aparatının təşkilatçılığı ilə “Beynəlxalq Demokratiya Günü”nə həsr olunmuş sərgi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə milli azlıqların mədəni dəyərlərini əks etdirilən guşələr təşkil edilib. Sərgini parlamentin sədr müavini Giqi Sereteli açaraq tədbirin əhəmiyyətindən və milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasından, eyni zamanda ölkədə milli azlıqların milli-mədəni dəyərlərinin inkişaf etdirilməsindən danışıb.

Tədbirdə Azərbaycan, erməni, rus, çeçen, aysor, Ukrayna, polyak və udin milli-mədəniyyət nümunələri nümayiş etdirilib. Erməni icmasının nümayəndələri sərgidəki erməni guşəsində Azərbaycan milli musiqi aləti olan tütəyin (düdük) altına “Naxçıvan-XIX əsr” sözünü yazıblar. Sərgidə iştirak edən azərbaycanlılar, o cümlədən bu tədbirə qatılan Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşları Fəxri Hacıyev və Vasif Bədəlov sərginin rəhbəri, eyni zamanda parlament aparatının rəhbəri Dato Caniaşviliyə vəziyyət barədə məlumat veriblər. Nəticədə həmin yazı yığışdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR