Bank Of Baku

Gürcüstan ali məktəblərinə qəbulda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə fəaliyyət göstərən məktəblər fərqlənib

Gürcüstan ali məktəblərinə qəbulda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə fəaliyyət göstərən məktəblər fərqlənib
# 16 sentyabr 2010 14:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu il Gürcüstan ali məktəblərinə qəbulda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə fəaliyyət göstərən məktəblər fərqlənib. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib ki, bu il gürcü ali təhsil ocaqlarına qəbul olan tələbələrin sayı səfirliyi sevindirib: “184 azərbaycanlı abituriyentin dövlətin qayğısı və dəstəyi ilə qəbul imtahanlarında iştirakı və qəbulun şərtlərinə uyğun imtahan verərək müxtəlif ali məktəblərə daxil olmaları bölgələrdə fəaliyyət göstərən Azərbaycandilli məktəblərin tədris sahəsində əldə etdikləri uğurlardır. Gürcüstan Elm və Təhsil Nazirliyindən bizə verilən məlumata görə, qəbul zamanı ən yüksək nəticələr əldə edən məktəblər Qardabani rayonunun Kosalı, Qardabani şəhər 3 saylı məktəbləri, Bolnisinin Faxralıdakı 2 saylı və Arıxlı orta məktəbləri, Marneulinin Sadaxlı 2 saylı və Təzəkənd məktəbləri, Marneuli internat məktəbi, Dmanisinin Aşağı Oruzman orta məktəbi, Qaraçöpün Ləmbəli və Düzəyrəm kənd məktəbləri və Rustavidəki 18 saylı orta məktəbin Azərbaycan bölməsidir”.

Qeyd edək ki, sentyabrın 20-də Gürcüstan ali məktəblərində ilk dərs günü başlanacaq. Bu təhsil ocaqlarında təhsil alacaq azərbaycanlı tələbələr bir il hazırlıq kurslarında oxuyaraq gürcü dilini tam öyrəndikdən sonra arzu etdikləri ixtisasları seçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR