Bank Of Baku

Marneulidə gürcü qaçqın uşaqları ilə azərbaycanlı məktəblilərin görüşü keçirilib - FOTO

Marneulidə gürcü qaçqın uşaqları ilə azərbaycanlı məktəblilərin görüşü keçirilib - <font color=red>FOTO</font>
# 17 sentyabr 2010 14:10 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən UNİON Gənclər Təşkilatının təşkilatçılığı ilə gürcü qaçqın uşaqları ilə azərbaycanlı məktəblilərin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə 35 gürcü uşaq və valideyn, eyni zamanda 40 nəfər azərbaycanlı uşaqları iştirak edib. Görüşü Gənclər Təşkilatının sədri Elmira Yusubova açaraq, Gürcüstanda 2008-ci ildə baş verən avqust müharibəsindən sonra Marneulidən 12 km aralıda yerləşən keçmiş sovet hərbi bazasının ərazisində məskunlaşan qaçqınların həyatından və müasir dövrdə onlar üçün yaradılan şəraitdən söhbət açıb. O eyni zamanda bildirib ki, belə həyatı Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisindən, ətraf rayonlardan məcburi köçkün düşən və Ermənistandan deportasiya edilən azərbaycanlı uşaqları da yaşayır.
Marneuli rayon bələdiyyəsinin deputatı Vaqif Məmmədov və gürcü fotoqrafı Tiko Caniaşvili çıxış ediblər. Tədbirdə gürcü və azərbaycanlı uşaqları Azərbaycan və gürcü dillərində mahnılar ifa edərək, rəqslər nümayiş etdiriblər.
Tədbirdə azərbaycanlı uşaqların rəsm əsərlərinin və əl işlərinin sərgisi keçirilib, gürcü fotoqrafı Tiko Coniaşvilinin əsərlərinin nümayiş olunub.
Tədbir dama yarışı ilə başa çatıb. Qaliblər təşkilatın diplom və hədiyyələrinə layiq görülüb.

UNİON Gənclər Təşkilatının rəhbəri Elmira Yusubova APA-ya açıqlamasında belə layihələrinin çox olacağını deyib: “Çalışırıq ki, ofisimizdə təşkil etdiyimiz sərgidə Azərbaycan folklor ənənələrini, tətbiqi sənət nümunələrini, uşaq rəsmlərini və gürcü incəsənət nümunələrini digər layihələrdə də nümayiş etdirək və uşaqların bu dostluğunu mədəniyyət və incəsənət çərçivəsində inkişaf etdirək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR