Bank Of Baku

Komidə yaşayan müsəlmanlar məscid inşa etdirəcəklər

Komidə yaşayan müsəlmanlar məscid inşa etdirəcəklər
# 17 sentyabr 2010 15:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Komidə yaşayan müsəlmanlar məscid tikdirəcəklər. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, Komidə fəaliyyət göstərən “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinin rəhbəri Akif Mikayılov bildirib ki, Sıktıvkar administrasiyası bu məqsədlə şəhərin “Nur” müsəlman icmasına ərazi ayırıb.
Məscidin inşasının təxminən 10 milyon rubla başa gələcəyini deyən A. Mikayılov bu vəsaitin bir hissəsinin respublikanın biznesmenləri tərəfindən ayrılacağını, digər hissəsinin isə sponsorlar tərəfindən ödənəcəyini deyib. Onun sözlərinə görə, məscid orada yaşayan müsəlmanlar - azərbaycanlılar, türklər, tatarlar, özbəklər, taciklər, tərəfindən birgə inşa ediləcək.

2011-ci ildə inşasına başlanacaq məscidin nəzdində mədrəsə də fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR