Bank Of Baku

Gürcüstanın təhsil naziri: “Məktəblərin internetlə təmin edilməsi 2011-ci ilin mayında başa çatacaq”

Gürcüstanın təhsil naziri: “Məktəblərin internetlə təmin edilməsi 2011-ci ilin mayında başa çatacaq”
# 20 sentyabr 2010 14:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda məktəblərin internetlə təmin edilməsi 2011-ci ilin may ayında başa çatacaq. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin deyib. O bildirib ki, bu ilin sonuna qədər Gürcüstanda 1428 məktəb və təhsil mərkəzləri internetlə təmin ediləcək: “Sözsüz ki, ölkədə fəaliyyət göstərən Azərbaycandilli məktəblər də bu proqram çərçivəsində internetə qoşulacaq. Nəticədə şagirdlərin 75 faizi internetdən istifadə edə biləcək. Gələn ilin may ayından isə bütün məktəblər və təhsil mərkəzləri 100 faiz internet sisteminə qoşulacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR