Bank Of Baku

Qırğızıstanda keçiriləcək parlament seçkilərinə 5 azərbaycanlı qatılıb

Qırğızıstanda keçiriləcək parlament seçkilərinə 5 azərbaycanlı qatılıb
# 21 sentyabr 2010 14:12 (UTC +04:00)
Azərbaycanın Bişkekdəki səfirliyinin müşaviri İlqar Cabbarovun APA-ya verilən məlumata görə, onlar təmsil etdikləri partiyaların siyahılarında yer alıblar.

Namizədlər Qırğızıstandakı Azərbaycan diasporunun rəhbəri Akif Alaverdiyev, onun yaxın qohumu, vəkil Arif Alaverdiyev, Bişkek merinin köməkçisi Vladimir Əbdülqasımov, tələbə Fərhad Əliyev və Qırğızıstan Milli Bankının əməkdaşı Leyla Hacıyevadır.

Xatırladaq ki, Qırğızıstanda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar referendumda verilib. Referendum nəticəsində parlamentdə deputatların sayı 90-dan 120-yə qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR