Bank Of Baku

İranda saxlanan DAK üzvü sərbəst buraxılıb

İranda saxlanan DAK üzvü sərbəst buraxılıb
# 23 sentyabr 2010 08:40 (UTC +04:00)
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. İsmayılova sentyabrın 22-də tibbi müayinə məqsədilə Təbrizə - qayınatası Əli Həsənzadəgilə gedib. İran hüquq-mühafizə orqanları E. İsmayılovanın pasportunda texniki problemin olmasını əsas gətirərək, onu polis şöbəsinə dəvət ediblər. Baş verənlərlə bağlı Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna məlumat verildikdən sonra diplomatik qurum məsələ ilə maraqlanıb və baş verən anlaşılmazlıq aradan qaldırılıb. Bundan sonra E. İsmayılova sərbəst buraxılıb.

DAK-dan o da qeyd olunub ki, hazırda E. İsmayılova müalicəsini davam etdirir və yaxın günlərdə Azərbaycana dönəcək. E. İsmayılovanın oğurlanması və ya onun haqqında gedən başqa informasiyalar tamamilə yanlışdır.

Qeyd edək ki, ötən gün Eliza İsmayılovanın Təbrizdə İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən səbəb göstərilmədən saxlanılması barədə xəbər yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR